İƏT ilə Türk Şurası arasında anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

İƏT ilə Türk Şurası arasında anlaşma memorandumu imzalanıb

16:19 - 10 / 09 / 2017
İƏT ilə Türk Şurası arasında anlaşma memorandumu imzalanıb

Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında anlaşma memorandumu imzalanıb.

1news.az Türk Şurası katibliyinə istinadla xəbər verir ki, sənəd İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.

İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatına müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.

1news.az

 

Paylaş:
667

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər