Elmar Məmmədyarov İspaniyanın yeni müvəqqəti işlər vəkilin qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İspaniyanın yeni müvəqqəti işlər vəkilin qəbul edib

15:23 - 11 / 09 / 2017
Elmar Məmmədyarov İspaniyanın yeni müvəqqəti işlər vəkilin qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir Elmar Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

İqnasiyo Sançez Taboada fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edilərək kənd-təssürrüfatı, turizm və humanitar sahədə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd olundu.

1news.az 

Paylaş:
881

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər