Nardaran hadisələrinə görə həbs edilən 14 nəfər azadlıqda | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaran hadisələrinə görə həbs edilən 14 nəfər azadlıqda

17:25 - 11 / 09 / 2017
Nardaran hadisələrinə görə həbs edilən 14 nəfər azadlıqda

Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.

S.Xankişiyeva

Paylaş:
717

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər