16 yaşlı azərbaycanlı çıxışı ilə münsifləri şok etdi - VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

16 yaşlı azərbaycanlı çıxışı ilə münsifləri şok etdi - VİDEO

09:36 - 11 / 09 / 2017
16 yaşlı azərbaycanlı çıxışı ilə münsifləri şok etdi - VİDEO

Rusiyanın NTV telekanalında yayımlanan “Tı super” (Sən supersən) beynəlxalq rəqs müsabiqəsinə qatılan 16 yaşlı azərbaycanlı iştirakçı Abbasqulu Səfərov öz çıxışı ilə münsiflər heyətini heyrətləndirib.

1news.az “Vestikavkaza” saytına istinadla xəbər verir ki, Bakıdakı internat məktəbinin şagirdi “Məzəli” milli rəqsimizi uğurla yerinə yetirərək müsabiqənin ikinci mərhələsinə çıxıb.

Onun rəqsini tamaşaçıları və münsiflər heyəti o dərəcədə bəyəniblər ki, rəqsini təkrarlamasını xahiş ediblər.

Münsiflər heyətinin bütün üzvləri - xoreoqraf və rejissor Yeqor Drujin, balerina və Böyük Teatrın aparıcı solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili, teatr və kino aktyoru Anastasiya Zavorotnyuk A.Səfərovun növbəti mərhələyə keçməsi üçün yaşıl işıq yandırıblar.

Seçmə mərhələdə gənc rəqqası tanınmış kino və teatr rejissoru, KVN-nin münsiflər heyətinin daimi üzvü, Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusman dəstəkləyib.

"Mən hər kəsi təbrik edirəm. Siz hər biriniz Azərbaycan xalq rəqsi atmosferinə qərq oldunuz”, Qusman deyib.

Qeyd edək ki, "Sən supersən! Beynəlxalq rəqs müsabiqəsi valideyn himayəsindən məhrum edilmiş istedadlı gənclərə özlərini təqdim etmək imkanları verir. Burada  Rusiya, MDB və Baltikyanı ölkələrin müxtəlif yerlərindən uşaq evlərindən, internat-məktəblərdən və övladlığa götürülmüş uşaqlar iştirak edirlər.

Müsabiqədə Azərbaycanı Abbasqulu Səfərov, İlkin Hüseynov, Sevinc Behbudova və Sevda Fətullayeva təmsil edir.

P.Sultanova

Paylaş:
2378

Son xəbərlər

Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27
Bütün xəbərlər