İsrail XİN: Azərbaycan Prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq
İsrail Xarici İşlər Nazirliyi Azərbaycanın bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.
“Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq. Onu tezliklə İsraildə görməyə şad olacağıq", deyə mətbuat katibi bildirib.
Onun sözlərinə görə, həbsdə olduğu müddət ərzində İsrail diplomatları A.Lapşinə müvafiq dəstək göstəriblər.
1news.az
762