Səfir “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfir “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri ilə görüşüb

11:53 - 11 / 09 / 2017
Səfir “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri ilə görüşüb

Pakistan gəncləri arasında ilk dəfə keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

1news.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyində keçirilən görüşdə qalibləri təbrik edən səfir Əli Əlizadə onlara Azərbaycanın siyasi və tarixi reallıqları, sosial-iqtisadi inkişafı, hər iki ölkə liderlərinin səyləri ilə möhkəm təməllər üzərində bərqərar edilən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətləri, təcavüzkar Ermənistanın etnik təmizləmə və terrorçuluq siyasəti haqqında məlumat verib.

Azərbaycana göstərdiyi maraqlarına görə onlara təşəkkür edən səfir, onların yazdıqları esse yazılarının önəmli mövzuları əhatə etdiyini vurğulayıb və qaliblərin sentyabr ayında Azərbaycana 1 həftəlik səfər etmək imkanı qazandıqlarını, bu həftə ərzində onların Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi nailiyyətləri, Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olacaqlarını bildirib.

Müsabiqənin qalibləri yaradılan şəraitə və təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək Azərbaycan haqqında fikir və təsəvvürlərini bölüşüb, çox eşitdikləri və görmək istədikləri Azərbaycana səfər etməyin həyəcanını yaşadıqlarını qeyd ediblər.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Pakistandakı səfirliyimizin təşkilatçılığı ilə Pakistan gəncləri arasında ilk dəfə olaraq keçirilən bu müasabiqə “Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili və adət-ənənələri”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri”, “Azərbaycan və Pakistan: tarixi əlaqələr və perspektivlər”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası” və bu kimi digər mövzuları əhatə edib. Pakistanın müxtəlif universitet və digər təhsil müəssisələrindən müsabiqə komissiyasına esse yazılarını təqdim edən 200-ə yaxın iştirakçı arasından 5 nəfər qalib adını qazanıb.

P.Sultanova

Paylaş:
701

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər