DİN Abşeronda ata və qızının qətli ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Abşeronda ata və qızının qətli ilə bağlı məlumat yayıb

12:33 - 11 / 09 / 2017
DİN Abşeronda ata və qızının qətli ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Abşeronda törədilən qətllə bağlı məlumat yayıb.

1news.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 9-da saat 23 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Allahverdi Əsədova məxsus “VAZ-2107” markalı avtomobilə vurub, sonra hadisə yerinin yaxınlığında olan A. Əsədova, qızı Samirəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Nəticədə A.Əsədov və qızı hadisə yerində ölüblər.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sahib Hacıyev Müşfiq qəsəbəsi ərazisində tutulub.

1news.az

Paylaş:
712

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər