Azərbaycan ilə Vyetnam arasında münasibətlər yüksək templə inkişaf edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Vyetnam arasında münasibətlər yüksək templə inkişaf edir

17:50 - 12 / 09 / 2017
Azərbaycan ilə Vyetnam arasında münasibətlər yüksək templə inkişaf edir

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova sentyabrın 12-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Bahar Muradova ölkələrimiz arasında münasibətlərin yüksək templə inkişaf etdiyini bildirib.

Belə görüşlərin ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini deyən Milli Məclis sədrinin müavini hər iki ölkənin son 25 ildə sürətlə inkişaf etdiyini vurğulayıb. Bu inkişaf xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Azərbaycan dövləti müstəqil siyasət yürüdür. Beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli sıx münasibətlər qurulub. Prezidentlərimizin əlaqələri yüksək səviyyədədir. Siyasi əməkdaşlıq ölkələr arasında əlaqələri daha da inkişaf etdirir. Bu əlaqələrin inkişafı bizim üçün böyük əhəmiyyət daşıyır. Vyetnam sürətlə inkişaf edir və bu, bizi çox sevindirir.

Xanım Çionq Txi May da ikitərəfli münasibətlərdən söhbət açıb. Qeyd edib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Yüksək səviyyəli qarşılıqlı səfərlər mövcud əlaqələrin inkişafına töhfə verir. Azərbaycanın əldə etdiyi uğurlara sevinirik. Biz Azərbaycandakı inkişafın şahidi olduq. İqtisadi əlaqələrin daha da inkişafına ehtiyac var. Sahibkarların qarşılıqlı və maneəsiz çalışması üçün razılaşmalar imzalanmalıdır. Parlament isə bu işdə böyük rol oynaya bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S.Xankişiyeva

Paylaş:
705

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər