Lapşin: İndi Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim | 1news.az | Xəbərlər
Siyasət

Lapşin: İndi Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim

09:35 - 13 / 09 / 2017
Lapşin: İndi Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim

Yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv edilmiş Lapşin A.V. dövlət başçımıza məktub ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:

“Mən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20/07/2017 tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdim. 281.2-ci maddə üzrə ittihama xitam verilib. 

Bu gün əfv edilməyimlə bağlı Sərəncam imzaladığınızı öyrəndim.  Sizə hədsiz dərəcədə minnətdaram. Mənə elə gəlir ki, indiyədək həyatımda heç bir hadisəni bu cür səbirsizliklə gözləməmişdim! 

Bir daha təkrar etmək istəyirəm ki, əməllərimdən səmimi peşmançılıq hissi keçirirəm. Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox idi. 

İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.

Bir daha öz məsuliyyətsiz davranışlarımdan peşmançılıq hissi keçirdiyimi bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayış və mərhəmət üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür, firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad olunmasını arzu edirəm”.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident Lapşini əfv edib

Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib

S.Xankişiyeva

Paylaş:
809

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər