RİİB könüllüləri üçün təlimlər təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

RİİB könüllüləri üçün təlimlər təşkil olunub - FOTO

10:25 - 13 / 09 / 2017
RİİB könüllüləri üçün təlimlər təşkil olunub - FOTO

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülərlə işin təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil edib.

1news.az-a İctimai Birlikdən verilən məlumata görə, təlimlər RİİB-in Lənkəran, Salyan, Tərtər, Şəmkir, Yevlax, Şəki, İsmayıllı və Quba şəhərlərində fəaliyyət göstərən regional mərkəzlərdə keçirilib.

Layihə müddətində könüllülərə RİİB-in məqsəd və vəzifələri, könüllülük fəaliyyətinin istiqamətləri, kommunikasiya, davranış qaydaları və digər məsələlər barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələrin gedişində könüllülər bölgələrdə ictimai nəzarətin həyata keçirilməsi, gənclərin məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və digər sahələrdə təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, RİİB bölgələrdə ictimai nəzarətin həyata keçirilməsini, əhalinin ayrı-ayrı sahələrdəki problemlərinin öyrənilməsini, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlində, müxtəlif istiqamətləri əhatə edən layihələrin icrasında mühüm rol oynayan könüllülərin fərdi inkişafını daim diqqətdə saxlayır.

Təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulur.

S.Xankişiyeva

Paylaş:
962

Son xəbərlər

Bütün xəbərlər