Cəsarət Valehov: Son illərdə təhsil sferasında görülən işlərin əsas mahiyyəti Azərbaycan gəncini XXI əsrin ab-havasına uyğun düşünməyə köklənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəsarət Valehov: Son illərdə təhsil sferasında görülən işlərin əsas mahiyyəti Azərbaycan gəncini XXI əsrin ab-havasına uyğun düşünməyə köklənib

13:00 - 13 / 09 / 2017
Cəsarət Valehov: Son illərdə təhsil sferasında görülən işlərin əsas mahiyyəti Azərbaycan gəncini XXI əsrin ab-havasına uyğun düşünməyə köklənib

Bəs nəticəsi?

Bu ritorik sualı gündəlik müzakirələrdə eşitdikdə ağıla daha çox edilməsi labüd olan məsələlər gəlir.

Bir çox hallarda da “bəs nəticəsi nə oldu?!” deyərək həmsöhbətindən suallara cavab axtarmağa başlayırsan. Elə bu sualla təhsilimizdə son 4 ildə baş verənləri bir az fərqli formatda, həm vizual, həm ifadəli,  həm də daha çox lakonik catdırmaq istəyirik. Təbii ki, seçim və dəyərləndirmə oxucunun  ixtiyarındadır.

Əvvəla demək yerinə düşər ki, məşhur filosof  Herbert Spenserin qeyd etdiyi kimi, "təhsil öz predmeti ilə xarakterin formalaşması"na xidmət edir. Burada təkcə fərdin xarakteri deyil, bütöv sosiumun xarakterindən söhbət gedir. Bir daha vurğulamaq istərdik -“xarakter”.

Futurist alim A.Toffler  gələcəyin fakturasını daha yaxşı sezərək bildirirdi ki, “təhsil sisteminin inqilabi transformasiyası, tədris planlarının gələcəyə fokuslanması lazımdır. Bunsuz "gələcək şokunu" qarşılamaq mümkün deyil”.

Hər iki mütəfəkkirdən gətirilən sitat heç də yazıya intellekt düzümü vermək məqsədi daşımır, söhbəti təhsilin verəcəyi ən böyük töhfəyə bağlamaqdır- xarakterin formalaşdırılması və gələcəyin şokunu daha daha rahat qarşılamaq.

Son  illərdə təhsil sferasında görülən işlərin əsas mahiyyəti məhz Azərbaycan yeniyetməsini, gəncini XXI əsrin ab-havasına uyğun düşünməyə, xarakterini buna uyğun kökləməyə yönəlib.

Biləndəki əmək bazarı qloballaşır, sərhədlər itir və bu miqyasda Azərbaycan gənci SABAH sinqapurlu, braziliyalı, kanadalı, estoniyalı həmyaşıdı ilə yarışacaq o zaman təhsilə giriş açarını verən məktəbəqədər  təhsilə diqqət önə çəkildi. Nəticə də inqilabi idi- 1 ildə 55 faiz uşaq məktəbəhazırlığa cəlb olundu. Bu il bu nisbət 65 faizə çatacaq(Bax: İnfoqrafika). Bunun üzərinə on minlərlə məktəbə yeni qəbul olunan uşağın xahiş-minnətsiz və bir çox hallarda digər .....siz birinci sinfə qəbulu təkcə yenilik deyildi, həm də “gələcək şokunu” qarşılamalı olacaq yeni nəslə ilk addımda hər hansı bir şok yaşatmamaq məramı idi.

Azərbaycan təhsil sistemində indiyədək heç zaman təhsilverən bilik sınağına cəlb olunmamışdı. Ancaq biliyin təbiəti daim üzərində işləməyə, deməli, həm də sınağa çəkilməyi sevdiyindən öyrədənlərin bilik və bacarıqlarının diaqnostikası strateji addım idi. Nəticədə indiyədək formulu axtarılan müəllimlərin əmək haqlarının artırılması, ixtisas bilik və bacarıqlarının diaqnostika xəritəsi, beləliklə, 140 minədək müəllimin ehtiyacları haqqında tam təfərrüat bəlli oldu.

Son 4 ilədək təhsil sistemində ən çox qara köşədə adı hallanan mövzulardan biri- tələbə köçürmələri idi. Bu məsələnin həlli o qədər səlis və şəffaf tapıldı ki, hətta köçürülmək üçün elektron müraciət edən şəxslər əvvəlcə nəyin baş verdiyini anlamaqda çətinlik çəkirdilər. Və nəticədə son iki il ərzində yüzlərlə tələbə heç bir yerə getmədən, heç bir kəslə “görüş”mədən öz universitetini və ya ixtisasını dəyişə bildi.

Adətən sovet təhtəlşüuruna uyğun olaraq peşə təhsili daha çox çətin “peşə”sayılıb. Ancaq son iki ildə minlərlə gənc sadəcə öz ümumorta təhsil göstəricilərini elektron qaydada göndərərək “asan peşə” sahibi olublar.

On minlərlə (bu il bu say 50 minədək olub) müəllim olmaq istəyən gənc öz həyat hekayəsinə müəllimlərin işə qəbulu imtahanında başlamaq istəyib və bu bir şəffaflıq etalonu olub. Ən təqdirəlayiqi budur ki, vəzifəsindən, rütbəsindən, ictimai gücündən asılı olmayaraq müəllimlərin işə qəbulunda kənar müdaxilə işləmir. Buna artıq hamı öyrəşib və ilbəil öyrəşir. Daha bir nəticə odur ki, yerlərdə, bölgələrdə kimsə müəllim vakansiyalarını “dar gün üçün” saxlaya bilmir.  Obrazlı desək, “hər şey nəzarətdə”dir. Təkcə bu il 10 mindən artıq müəllim yeni vakansiyalarda işə qəbul olunub.

Məktəb idarədənindən nə qədər çox şeyin asılı olduğunu bilmək o qədər də çətin deyil. Son illərdə məktəb idarədənlərinin  yeni korpusu formalaşır- özü də heç bir ...siz,...sız. Buna dünənədək inanmayanlar artıq başqa yolun olmadığını daha yaxşı bilirlər.

Son illərin təhsil gündəliyində bəlkə də gündəlik olaraq görmədiyimiz, ancaq strateji taleyüklü məsələmiz olan “karton diplom” satan “ali təhsil müəssisələri” nin fəaliyyətinin dayandırılmasıdır. Hörmətli oxucu bu sayı və miqyası yaxşı xatırladığından təfərrüata keçmirik. Ancaq bu məsələdə qətiyyətli mövqe ortadadır.

Bəs nəticəsi? Ritorik sualın cavablarını lakonik etmək nə qədər çətin olsa da ancaq kimyaçıların termini ilə desək, lakmus süzgəc kağızı hər bir maddənin rəngini müəyyən edə bilir. Heç bir kənar müdaxilə olmadan.

Təhsil gününüz mübarək!

Cəsarət Valehov

Təhsil Nazirliyinin

İctimaiyyətlə əlaqələr sektorunun müdiri

Paylaş:
1576

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər