“26” kafesinin icarədarı həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“26” kafesinin icarədarı həbs olunub

14:40 - 14 / 09 / 2017
“26” kafesinin icarədarı həbs olunub

Məlum olduğu kimi, bir neçə gün öncə “26” - “Twenty six” adlı kafe fəaliyyətini dayandırdı. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fikrincə kafe 26 Bakı komissarını xatırladırdı.

Bakı meri kafeyə polisə gələrək bir neçə dəqiqə ərzində obyektin bütün əmlakı çıxarılıb.  

Reyd zamanı mer kafe sahiblərini cinayət məsuliyyətinə cəlb olunacaqlarını qeyd edib. Lakin bununla yanaşı o, icarədarların hansı maddə ilə məsuliyyətə cəlb olunacaqlarını söyləməyib.

APA-nın verdiyi xəbərə görə, sentyabrın 8-də Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafenin bağlanmasının ardından bu gün Səbail rayon Məhkəməsinin qərarı ilə kafenin icarədarı Ramin Məmmədov 20, kafenin digər işçisi Həmid Əfəndiyev isə 25 sutka inzibati qaydada həbs ediliblər.

Bununla yanaşı, onlar Cinayət Məcəlləsinin hansı maddələri üzrə həbs olunmaları və məsuliyyətə cəlb olunmaları  qeyd olunmur. 

S.Xankişiyeva

Paylaş:
828

Son xəbərlər

Bütün xəbərlər