Xızıda insan alveri ilə bağlı maarifləndirmə kampaniyası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda insan alveri ilə bağlı maarifləndirmə kampaniyası keçirilib - FOTO

18:45 - 14 / 09 / 2017
Xızıda insan alveri ilə bağlı maarifləndirmə kampaniyası keçirilib - FOTO

Xızı rayonunda risk altında olan sahələrdə çalışan insanlar, təşkilat və müəssisə rəhbərləri arasında insan alveri ilə bağlı növbəti maarifləndirmə kampaniyası həyata keçirilib.

1news.az-ın məlumatına görə, tədbir “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ”Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə ekspert Gülayə Səfərova iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, onların qaynar xətt xidmətləri barədə məlumat verib və bu sahədə təşkilat tərəfindən hazırlanmış yaddaş kitabçası iştirakçılara təqdim olunub.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil  şöbəsinin işçiləri, inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər iştirak ediblər.

Mövzu ilə bağlı tədbir iştirakçılarından rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, Xızı RPŞ-nin əməkdaşı Ziya Əliyev öz fikirlərini bölüşüb və təkliflərini verib.

1news.az

Paylaş:
753

Son xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52Birinci Qarabağ müharibəsi şəhidi Əliyar Ələkbərovla vida mərasimi keçirilibBu gün, 13:49Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVABBu gün, 13:45İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib - YENİLƏNİBBu gün, 13:37Bakı aeroportuna işləyən avtobusların intervalı 25 dəqiqəyə endirilibBu gün, 13:07Prezident Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİBBu gün, 13:03Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olubBu gün, 12:51Azərbaycana turist axını 39 faiz artıbBu gün, 12:35Sabah yağış yağacaq - ProqnozBu gün, 12:26Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilibBu gün, 12:07Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilibBu gün, 11:37Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilibBu gün, 11:36Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıbBu gün, 11:28Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:14Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin olunubBu gün, 11:04Kredit öhdəliyini Kapital Bank-a gətirənlər üçün əlverişli təkliflər davam edirBu gün, 10:51“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir - VİDEOBu gün, 10:48Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00
Bütün xəbərlər