Azərbaycanla Surinam arasında ekologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Surinam arasında ekologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

23:03 - 14 / 09 / 2017
Azərbaycanla Surinam arasında ekologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Sentyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Surinam Respublikasının maliyyə naziri Cilmor Hoefdrad arasında görüş olub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görüşdə H.Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb, eyni zamanda Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkədə görülən ardıcıl işləri diqqətə çatdırıb.

C.Hoefdrad isə Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ekologiya sahəsində əldə edilən uğurların şahidi olduğunu bildirib.

Görüş zamanı ikitərəfli əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb, dağ-mədən sahəsində Azərbaycan şirkətləri Surinamda fəaliyyət göstərməyə dəvət olunub və bunun üçün əlverişli iqtisadi mühitin olduğu bildirilib.

Azərbaycanda meşələrin az olması, sənaye qırıntılarından imtina edilməsi və ağac materiallarının xaricdən gətirilməsinin təşviq edildiyi qonağın diqqətinə çatdırılıb. Surinam ərazisində geniş meşələrin mövcudluğu ilə bağlı Azərbaycanın həmin ölkədən ağac idxal etməkdə maraqlı olduğu bildirilib. Ağac və ağac materiallarının region ölkələrinə Azərbaycan vasitəsilə ixracı üçün tranzit imkanlarının öyrənilməsi barədə razılığa gəlinib.

Xatırladaq ki, Surinam Respublikasının maliyyə naziri Cilmor Hoefdrad ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrin gələcək perspektivlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdədir.

1news.az

Paylaş:
600

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər