Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

12:10 - 14 / 09 / 2017
Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda  təhlükəsizlik tədbirləri gücləndiriləcək.

1news.az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovniki  Vaqif Əsədovun verdiyi xəbərə görə, artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub.

Məqsəd dərs ilinin başladığı gün yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: "Son illərin təcrübəsi göstərir ki, bəzən valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə, bəzi valideynlər övladlarını birinci sinfə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrabanın avtomobili də müşayiət edir və əksər halda  dayanma-durma qaydalarını pozurlar. 

Qeyd edilənləri nəzərə alaraq, sentyabrın 15-də tədris müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Yol polisi tərəfindən əlavə tədbirlərin həyata keçirilməsilə əlaqədar olaraq, sürücülərə müraciət edirik ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün avtomobil sahibləri qanunun tələblərinə əməl etsinlər.

Əsasən, avtomobillərin yolun ikinci hərəkət hissəsində saxlanmaması, dayanma-durma tələblərinin pozulmaması, ümumiyyətlə parklanmaya düzgün əməl edilməsi vacib şərtdir və hər bir sürücüdən qaydalara əməl etmək tələb olunur. Unutmaq olmaz ki, avtomobili olmayanların, ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin övladlarının da təhsil almaq hüququ vardır və onların da məktəbə getmələrində ləngimə olmamalıdır. Buna görə də hər bir sürücü nizam-intizamlı olmalı,  “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl etməli, ərazidə polis əməkdaşının xidmət aparıb aparmamasından asılı olmayaraq, dayanma və durma tələblərini düzgün yerinə yetirməlidir".

S.Xankişiyeva

Paylaş:
652

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər