Dövlət katibi: Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışır | 1news.az | Xəbərlər
Siyasət

Dövlət katibi: Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışır

16:21 - 15 / 09 / 2017
Dövlət katibi: Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çalışır

"ATƏT-in Minsk qrupunun həmsədrləri öz işlərini lazımınca yerinə yetirirlər".

1news.az xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan jurnalistlərə deyib.

Bu gün Prezident İlham Əliyevlə görüşdüyünü xatırladan dövlət katibi vurğulayıb ki, həmin görüşdə Fransanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həmsədr ölkə kimi çalışdığını deyib:

“ATƏT-in Minsk qrupunun fransalı həmsədri səfir Stefan Viskonti ilə daimi əlaqə saxlayıram”.

Nazir bildirib ki, bu yaxınlarda Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub: "Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesin aparılmasına daim diqqətlə yanaşır".

1news.az 

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər