IV sinif şagirdi: Mehriban xanım məni anam kimi qucaqladı... – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

IV sinif şagirdi: Mehriban xanım məni anam kimi qucaqladı... – FOTO

17:35 - 15 / 09 / 2017
IV sinif şagirdi: Mehriban xanım məni anam kimi qucaqladı... – FOTO

Redaksiyamıza Rauf Abbasov adlı şagirddən məktub gəlib.

Rauf bu gün yeni binasının açılışı olan 20 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdidir.  Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Balaca Raufun məktubunu diqqətinizə çatdırırıq:

“Salam. Mən sizə özüm məktub yazmaq istəyirdim. Lakin səhvlərə yol verərəm deyə atamdan xahiş etdim. Mənim səhvə yol verməyim bağışlanmazdır. Çünki əlaçıyam. Yazdığım məktubu isə çoxları oxuyacaq.

Mən Rauf Abbasov bu gün yeni binasının açılışı olan 20 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdiyəm. Açılış mərasiminə Prezidentimiz və Mehriban xanım gəlmişdi. Bilirsiniz, əvvəllər onları yalnız televizorda görmüşdüm. İndi isə onlarla yanaşı dayanmışdım. Prezident bizlərə uğurlar diləyərək yaxşı oxumağı tövsiyə etdi.  

Məktəbimiz dünyada ən böyük məktəbdir. Düşünürdüm ki, burada itərəm. Çoxlu kameralar vardı. Bizim fotolarımızı çəkdilər. Mehriban xanım məni bağrına basdı, onun əlləri anamınkı tək isti idi. Sonda isə o, dedi:

“Bu gün axşam xəbərlərdə sizi göstərəcəklər”.

Axşamı gözləyəcəyəm ki, xəbərlərə baxım və hər kəsə olanları deyim. Və bir də. Prezidentimiz hündürboyludur. Mən də hündürboy olmaq istəyirəm. Çünki  hündürboy adamlar hər şeyi görür və bilir.

Hər kəsi salamlayıram və çoxlu-çoxlu əla qiymətlər arzulayıram. Çox sözlər söyləmək istərdim, amma ən yaxşısı xəbərləri gözləyim”.

1news.az redaksiyası balaca Raufu, eləcə də bütün şagirdləri yeni tədris ili münasibətilə təbrik edir və onlara uğurlar diləyir!

S.Xankişiyeva

Paylaş:
1158

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər