Hüquq müdafiəçiləri Prezidentə təşəkkür edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüquq müdafiəçiləri Prezidentə təşəkkür edib

20:25 - 15 / 09 / 2017
Hüquq müdafiəçiləri Prezidentə təşəkkür edib

Hüquq müdafiəçiləri bir qrup şəxsin azad olunması ilə əlaqədar bəyanat yayıblar.

1news.az xəbər verir ki, bəyanatda deyilir: "Son günlər “Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun azadlığa çıxması, Nardaran hadisələrinə görə məhkum olunmuş 14 nəfərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələr tərəfindən qərarlar qəbul edilib, həmçinin bloqqer Aleksandr Lapşin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilib. Biz Azərbaycan hüquq müdafiəçiləri bu addımları humanist  yanaşma və  ədalətli mühakimə hüququnun təmin edilməsinə yönəlik əməli tədbirlər kimi yüksək qiymətləndiririk.

Həmçinin, biz bu tədbirlərə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının praktik nəticələri kimi baxır və onları alqışlayırıq.

Bəyan edirik ki, bu cür addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, cəza siyasətinin hümanistlərşdirilməsinə və ədalət mühakiməsi sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Əminik ki, bu addımlar davamlı olacaq, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə öz töhfəsini verəcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə  görə təşəkkür edirik.

Hesab edirik ki, hüquq-müdafiəçiləri, vətəndaş cəmiyyəti, KİV və cəmiyyətin bütün təbəqələri bu təşəbbüsləri, aparılan islahatları dəstəkləməklə, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə töhfəsini verməlidir".

Bəyanatı Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Zəlihə Tahirova, Eldar Zeynalov, Əvəz Həsənov və Əliməmməd Nuriyev imzalayıblar.

1news.az

Paylaş:
546

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər