Bakıda Meksikanın milli bayramı qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Meksikanın milli bayramı qeyd edilib

15:50 - 16 / 09 / 2017
Bakıda Meksikanın milli bayramı qeyd edilib

Bakıda Meksikanın Müstəqillik Günü ilə bağlı qəbul keçirilib.  

1news.az  xəbər verir ki, Meksikanın fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini çıxışında bildirib ki, iki ildən artıqdır Azərbaycandadır və burada ancaq mehribanlıq, qonaqpərvərlik görüb.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər gündən-günə genişlənir:

“Neft və qaz ölkələrimiz arasında təbii bağlılıqdır. Meksikadan gələn neft mütəxəssisləri və rəsmiləri buradakı neft sahəsinin ali təhsil ocaqlarında olublar. Bu da ikitərəfli əməkdaşlıq əzmini nümayiş etdirir".

Diplomat əlavə edib ki, Meksika və Azərbaycan bu gün dünyanın fərqli yerlərində logistika mərkəzlərinə çevrilməkdədir. İkitərəfli əməkdaşlıqdan söz açan səfir Labardini deyib ki, səfirlik açılanda ticarət əlaqələri iki milyon dollar idi. Bu gün isə həmin rəqəm 22 milyon dollar qalxıb.

O, ölkələrimiz arasında turizm sahəsinin də inkişaf etdirdiyini  bildirdi.  Əlavə edib ki, turizm bu gün Meksika ÜDM-nin 9 faizini təşkil etməkdədir.

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin şöbə müdiri Anar Canəhmədov bildirib ki, iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə inkişaf edib və qarşılıqlı səfərlərlə daha da gücləndirilib. Onun sözlərinə görə, hər iki ölkədə qarşılıqlı olaraq səfirliklər açıldıqdan sonra  müxtəlif sahələrdə təmaslar genişləndirilib, sazişlər imzalanıb. XİN rəsmisi Dağlıq Qarabağ münaqişəsi və Meksikanın bu məsələdə mövqeyinə də toxunub:

"20 ildir Ermənistanın işğalçılıq siyasəti regional sabitliyə təhlükə yaradır. Biz işğala son qoyulmasını tələb edən BMT qətnamələrinin yerinə yetirilməsinin regional təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə əminik. Meksika Senatı və deputatlar Palatasının 2011-ci ildə Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qətnaməni yüksək qiymətləndiririk".

P.Sultanova

Paylaş:
484

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər