Hərbi təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycandadır | 1news.az | Xəbərlər
Siyasət

Hərbi təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycandadır

16:19 - 16 / 09 / 2017
Hərbi təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycandadır

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

1news.az -ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

1news.az 

 

Paylaş:
636

Son xəbərlər

Bütün xəbərlər