İƏT Təmas qrupu Qarabağ münaqişəsini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

İƏT Təmas qrupu Qarabağ münaqişəsini müzakirə edəcək

13:02 - 18 / 09 / 2017
İƏT Təmas qrupu Qarabağ münaqişəsini müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.

1news.az xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat yayıb.

Müzakirələrin sentyabrın 19-da BMT-də keçirilməsi planlaşdırılır.

İƏT Təmas qrupunun Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı birinci iclası BMT-nin 72-ci Baş Assambleyasında ümumi debatlar zamanı xarici işlər nazirləri səviyyəsində ayrıca bir tədbir kimi keçiriləcək.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər