Nazim İbrahimov: “ÜAK-ın ləğvi barədə qərarın qüvvədə saxlaması təəssüf hissi doğurur” | 1news.az | Xəbərlər
Siyasət

Nazim İbrahimov: “ÜAK-ın ləğvi barədə qərarın qüvvədə saxlaması təəssüf hissi doğurur”

18:41 - 19 / 09 / 2017
Nazim İbrahimov: “ÜAK-ın ləğvi barədə qərarın qüvvədə saxlaması təəssüf hissi doğurur”

“Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarını qüvvədə saxlaması böyük təəssüf hissi doğurur”.

1news.az-ın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasında qeyd olunub. Açıqlamada bildirilib ki, ÜAK rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əmindirlər: “Bununla yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil”.

Açıqlamada Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə müxtəlif səviyyələrdə danışıqlar aparıldığı, ayrı-ayrı görüşlər zamanı mövzunun dəfələrlə müzakirə olunduğu, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşdığı diqqətə çatdırılıb: “Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir. Hesab edirik ki, ötən müddət ərzində ÜAK-ın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliği istiqamətindəki fəaliyyətini nəzərə almadan qəbul olunmuş bu qərar çoxmillətli Rusiyanın milli siyasətinin əsas prinsiplərinə, qədim dostluq münasibətlərinə malik xalqlarımızın qarşılıqlı mənafelərinə cavab vermir”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşdiyi bir vaxtda strateji tərəfdaş hesab etdiyimiz Rusiyada ən böyük diaspor təşkilatının fəaliyyətinin dayandırılması yalnız acı təəssüf hissi doğura bilər.

“Yaxın tarix göstərir ki, müəyyən dövrlərdə, xüsusilə Azərbaycan qlobal əhəmiyyətli layihələrə imza atarkən ciddi təzyiqlərə və təhdidlərə məruz qalır, ölkəmizə qarşı təxribat xarakterli addımlar atılır, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ssenarilər həyata keçirilir. Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər.

Əminik ki, ÜAK-la bağlı qəbul olunmuş qərar Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı ruhdan salmayacaq, diaspor təşkilatlarının fəaliyyətinin zəifləməsinə səbəb olmayacaq, əksinə həmvətənlərimizi milli-mədəni birlik, xalqlararası dostluq və əməkdaşlıq ideyası ətrafında daha sıx birləşməyə sövq edəcəkdir. Eyni zamanda, ümid edirik ki, yuxarı instansiya məhkəməsi Rusiyanın azərbaycanlı vətəndaşlarının ictimai mənafelərini, iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafındakı rolunu, strateji tərəfdaşlıq münasibətlərini, xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi haqqında ədalətli qərar qəbul edəcək”, - deyə açıqlamada bildirilib.

1news.az

Paylaş:
584

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər