Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub - FOTO

19:24 - 19 / 09 / 2017
Cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak ediblər.

Nazirliyin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.

1news.az

Paylaş:
626

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər