Çində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilir – FOTO

11:17 - 19 / 09 / 2017
Çində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu keçirilir – FOTO

Sentyabrın 19-da Çinin Qansu əyalətində yerləşən Dunxuan şəhərində bu ölkənin "Jenmin Jibao" qəzetinin təşkilatçılığı ilə "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Media Əməkdaşlıq Forumu işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, foruma 140-dək ölkədən 260-dan artıq aparıcı KİV-in rəhbərləri və nümayəndələri, Çinin yüksək səviyyəli dövlət rəsmiləri , ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar. Onların sırasında AZƏRTAC-ın əməkdaşları Cavid Bədəlov və Elşən Şahbalayev də var.

Tədbirdə Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" layihəsinin Asiya ölkələrinin iqtisadi həyatına təsiri, xalqlar bir-birinə yaxınlaşdırılması, mədəni və etnik müxtəlifliyin qorunması, əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunur. Eyni zamanda, media nümayəndələri müasir mühitdə əməkdaşlığın yeni formaları, KİV qarşısında duran çağırışlar, müasir xəbər texnologiyalarından istifadə imkanları barədə müzakirələr aparırlar.

Forum çərçivəsində böyük İpək yolunun iqtisadi özəllikləri, bu marşrut üzərində yerləşən xalqların mədəniyyətlərini əks etdirən sərgi də nümayiş etdiriləcək.

 “Bir kəmər – bir yol” layihəsi üzrə KİV-lərin əməkdaşlıq forumu 2014-cü ildən etibarən hər il keçirilir. Tədbirə müxtəlif ölkələrdən qəzetlərin, informasiya agentliklərinin, televiziya və radio kanallarının nümayəndələri, qeyri-hökumət təşkilatları və dövlət qurumlarının təmsilçiləri, tədqiqatçılar dəvət olunurlar.

S.Xankişiyeva

Paylaş:
824

Son xəbərlər

İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıb23 / 09 / 2024, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildi23 / 09 / 2024, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”23 / 09 / 2024, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEO23 / 09 / 2024, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladı23 / 09 / 2024, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAM23 / 09 / 2024, 15:14
Bütün xəbərlər