Gədəbəydə ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə ev yanıb

18:51 - 20 / 09 / 2017
Gədəbəydə ev yanıb

Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Çiçəkli kəndində ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə, həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər