Elmar Məmmədyarov: Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov: Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək

11:09 - 20 / 09 / 2017
Elmar Məmmədyarov: Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək

“Çox təəssüf hissi ilə bildirirəm ki, Təmas Qrupunun sonuncu görüşündən sonra Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb”.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki,  bunu nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupun iclasında çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində Azərbaycan əraziləri, Dağlıq Qarabağ daxil olmaqla yeddi ətraf rayon işğal edilib, on minlərlə insan həyatını itirib, 1 milyondan çox azərbaycanlı öz ev və mülkiyyətlərindən didərgin olub, minlərlə insan itkin düşüb:

Ermənistanın təcavüzü gedişində beynəlxalq humanitar hüququn pozulması ilə müşayiət olunan müharibə cinayətləri, insanlığa qarşı cinayət və soyqırım aktları törədilib. Bu il erməni qoşunları tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən vəhşilik cinayətlərinin iyirminci ildönümünüdür. 1992-ci ilin fevralında Xocalının işğalı nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və yaşlılar öldürülüb, yaralanıb və ya girov götürülüb, şəhər isə yerlə yeksan edilib.

Bu fürsətdən istifadə edərək, İƏT-in bütün üzvlərinə Abican şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" başlıqlı qətnaməni dəstəklədikləri üçün minnətdarlığımı ifadə etmək istərdim. İƏT-ə üzv dövlətlərini Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım aktlarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırıram.

1993-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsbit edir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistanın ərazi iddialarına və zorakı hərəkətlərə cavab olaraq, Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.

Təəssüf ki, Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib və 20 ildən artıq müddət ərzində ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri hələ nəticə verməyib.

Atəşkəs rejiminin yaradılmasına baxmayaraq, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində və iki dövlət arasında sərhəd boyunca yerləşən Azərbaycanın şəhər və kəndlərinə Azərbaycan hərbi qulluqçuları və vətəndaşlarının öldürməsi və yaralanması ilə nəticələnən hücumlar zorakı xarakter daşıyır və son vaxtlar daha da intensivləşib.

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxs həlak olub, bir nəfər isə ağır yaralanıb.. Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədi boyunca 7 avqust tarixində törədilmiş daha bir təxribat nəticəsində Tovuz rayonunun 13 yaşlı sakini yaralanıb. Bunlar hamısı Cenevrə Konvensiyaları üzrə öhdəliklərin Ermənistan tərəfindən kobud və sistematik şəkildə pozulduğunu təsdiqləyir.

Burada Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini xatırlatmaq istərdim ki, bu da bütün üzv dövlətləri münaqişənin gərginləşməsinə, Ermənistanı Azərbaycan torpaqlarının işğalının davam etdirilməsinə köməklik edəcək hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsində imkan verməməyə çağırır.

Bu qətnamələrin üzv dövlətlərə təcili çağırışına toxunaraq bildirmək istərdim ki, Ermənistanın təcavüzünə son qoymaq üçün lazımi siyasi və iqtisadi tədbirlər həyata keçirilməli, o cümlədən, iqtisadi fəaliyyət və Ermənistan Respublikasına investisiya qoyulmasından çəkinməklə yanaşı Ermənistanla ümumi əməkdaşlıq məhdudlaşdırılmalıdır”.

XİN rəhbəri əlavə edib ki, ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının zorla didərgin salınmasından əziyyət çəkən bir ölkə kimi, Azərbaycan münaqişənin bütün bölgənin tam inkişafını, sülh və ədaləti təmin edəcək siyasi həllində ən çox maraqlı olan tərəfdir:

“Azərbaycan öz ərazi bütövlüyünü və vətəndaşlarının hüquq və azadlıqlarını heç vaxt güzəştə getməyəcəkdir. Ermənistan anlamalıdır ki, suveren dövlətin ərazilərinin hərbi işğalı və etnik təmizləmə siyasətinin aparılması həll yolu deyil və heç bir siyasi nəticə verməyəcəkdir.

Sülh, təhlükəsizlik və sabitliyə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilməli və azərbaycanlı məcburi köçkünlərın öz torpaqlarına qayıtmaq hüququ təmin edilməlidir.

Azərbaycan ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir.

İnanırıq ki, Təmas Qrupu çərçivəsində müzakirələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü qınayan İƏT sənədlərinin həyata keçirilməsinə və İƏT üzv dövlətlərinin fərdi və birgə səylərin bu baxımdan əlaqələndirilməsinə öz töhfəsini verəcəkdir”.

P.Sultanova

Paylaş:
777

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər