Bakıda qadına qarşı quldurluq edən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadına qarşı quldurluq edən şəxs tutuldu

15:18 - 21 / 09 / 2017
Bakıda qadına qarşı quldurluq edən şəxs tutuldu

Bakıda qadına qarşı quldurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, sentyabrın 19-da Nəsimi rayonunun Ş.Əzizbəyov küçəsində naməlum şəxs Bakı şəhər sakini V.İbrahimovaya zor tətbiq edib içərisində 254 manat və metro kartı olan pulqabısını alıb.

Nəsimi RPİ 22-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nəriman Quliyev tutulub.

Babək Cahandarov

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər