Nümayəndə heyətinin rəhbəri: Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Nümayəndə heyətinin rəhbəri: Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər

17:17 - 21 / 09 / 2017
Nümayəndə heyətinin rəhbəri: Erməni deputatlar sabah Bakıda keçiriləcək konfransda iştirak edəcəklər

Sabah Milli Məclisdə sabah keçiriləcək "Avronest" Parlament Assambleyasının (PA) konfransında Ermənistan parlamentinin deputatları Armen Aşotyan və Mane Tandilyan da iştirak edəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Milli Məclisin deputatı, Azərbaycanın "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib.

F.Muradov erməni deputatların Bakıya nə vaxt gələcəyi barədə isə məlumatsız olduğunu deyib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu da APA-ya bildirib ki, onda erməni deputatların Bakıya gəlib-gəlmədiyi barədə dəqiq məlumat yoxdur: “Məndə olan məlumat odur ki, erməni deputatların sabahkı tədbirdə iştirakı gözlənilir”.

Qeyd edək ki, sentyabrın 22-də Bakıda "Avronest" PA çərçivəsində “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. 

Tədbirdə Avropa Parlamentinin və "Avronest" PA-nın üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər.

S.Xankişiyeva

Paylaş:
670

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər