Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir - FOTO

11:15 - 21 / 09 / 2017
Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir - FOTO

Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynlərinin aksiyası davam edir.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, valideynlər məktəbin qarşısında toplaşıblar.

Valideynlər bildiriblər ki, iki gündür ki, kompleksin direktoru Qafar Hüseynovun işdən azad olunmadığı, sadəcə, səhhəti ilə bağlı bülletendə olması barədə yanlış məlumatlar verilir. Əslində Q. Hüseynov səhhəti ilə bağlı hər il müxtəlif zamanlarda bülletendə olub, lakin heç zaman onun yerinə əvəzedici təyin olunmayıb. Bu il isə Q. Hüseynov bülletendə çıxarılıb və onun yerinə Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı əvəzedici təyin olunub. Bu da onu deməyə əsas verir ki, Q. Hüseynov işdən azad olunacaq.

Aksiya iştirakçıları bildiriblər ki, Q. Hüseynov işə qaytarılmasa onlar övladlarını məktəbə buraxmayacaq, başqa məktəblərə keçirəcəklər: “Amma biz istəmirik ki, belə olsun. Təhsil naziri Mikayıl Cabbarov da bu məktəbdə təhsil alıb. Amma iki gündür ki, bizim etirazımıza Təhsil Nazirliyi tərəfindən konkret cavab verilmir”.

Valideynlər onu da bildiriblər ki, kompleksin direktor müavini Kəmalə Bədəlova bu günəraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Deyilənə görə, direktor müavini aksiyanın təşkilatçısı kimi təqdim olunur.

Bakı Şəhər Təhsil İdarəsinin məktəbə idarəedici kimi təyin olunan əməkdaşı Əfqan İsgəndərov isə bildirib ki, iki gündür məktəbdə olan vəziyyətə nəzarət edir.

Onun sözlərinə görə, bu günə kimi Q. Hüseynovun vəzifəsindən azad olunması barədə əmr yoxdur, direktor səhhəti ilə bağlı bülletendədir: “Xəstəliklə bağlı bülletenin vaxtı tamam olan kimi direktor yenindən işə qayıdacaq”.

Ə.İsgəndərov məktəbdə davamiyyətin aşağı olması, dərslərin pozulması haqda fikirlərin də düzgün olmadığını bildiriblər: “Bütün siniflərdə dərs gedir, vəziyyətə nəzarət olunur”.

Hazırda aksiya davam edir. Kompleksin ərazisinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.

Nərimanov rayon Polis İdarəsindən APA-ya direktor müavini K.Bədəlovanın saxlanması barədə məlumat olmadığını bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
1221

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10
Bütün xəbərlər