İstanbulda İslam həmrəyliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İstanbulda İslam həmrəyliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

16:24 - 22 / 09 / 2017
İstanbulda İslam həmrəyliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-26-da Türkiyədə səfərdə olacaq.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamının icrasına dair Tədbirlər Planına uyğun olaraq baş tutacaq səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyənin Mərmərə Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyənin İstanbul şəhərində keçirəcəyi “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov və Cavanşir Paşazadə daxildir.

Eyni zamanda Avropa İttifaqı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində DQİDK-nın və Azərbaycan Respublikasında fəaliyyət göstərən dini icmaların nümayəndələri bu ilin sentyabrın 26-27-də Brüsseldə səfərdə olacaqlar.

Səfər çərçivəsində nümayəndə heyəti Avropa Parlamentinin vitse-prezidenti, parlamentin Avropa Xalq Partiyasından olan deputat qrupu, Belçikada fəaliyyət göstərən dini icmalar və qeyri-hökumət təşkilatları ilə görüşəcək. Həmçinin, NATO-nun Baş Qərargahında bu qurumun Baş katibinin müavini ilə görüş nəzərdə tutulur.

Azərbaycandan gedəcək nümayəndə heyətinin tərkibinə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Qafqaz Müsəlmanların İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmov, Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Aleksandr Şarovski, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev, “Həyat sözü” protestant icmasının rəhbəri Rasim Xəlilov daxildir.

Babək Cahandarov

Paylaş:
932

Son xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41
Bütün xəbərlər