Baş Prokurorluq: Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb

17:12 - 22 / 09 / 2017
Baş Prokurorluq: Banklarla bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb

“Son zamanlar bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bank sahəsində həm icraatla bağlı, həm də məhkəməyə  göndərilən işlərin sayı artıb:

“Tikinti və vətəndaşların mənzil məsələləri ilə bağlı işlər də Baş Prokurorluğun diqqət mərkəzindədir. Təbii ki, digər sahələrdən də şikayətlə daxil olur, cinayət işləri araşdırılır, məhkəməyə göndərilir”.

Babək Cahandarov

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər