Astanadan gələn sərnişinin çantasında “beşbarmaq” tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Astanadan gələn sərnişinin çantasında “beşbarmaq” tapıldı

13:11 - 22 / 09 / 2017
Astanadan gələn sərnişinin çantasında “beşbarmaq” tapıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Astana-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.

Yoxlama nəticəsində, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
1504

Son xəbərlər

Bütün xəbərlər