Mübariz Əhmədoğlu: Sərkisyanın BMT BA-da erməni dilində çıxışı yalnız diaspordan şəxsi maraqları üçün pul qoparmağa xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sərkisyanın BMT BA-da erməni dilində çıxışı yalnız diaspordan şəxsi maraqları üçün pul qoparmağa xidmət edir

14:40 - 25 / 09 / 2017
Mübariz Əhmədoğlu: Sərkisyanın BMT BA-da erməni dilində çıxışı yalnız diaspordan şəxsi maraqları üçün pul qoparmağa xidmət edir

Ermənistan prezidenti S.Sərkisyan BMT Baş Assambleyasında erməni dilində çıxış etdi. BMT-nin rəsmi 6 dilindən biri olan rus dilini sınıq-salxaq bildiyi halda da çıxışını rus dilində etmədi.  Ermənistan prezidentinin çıxışının mətninin rus və ya ingilis dilinə tərcümə olunması da bəlli deyil.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri,  politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, çıxışın mətni ilə tərcümənin fərqli olması ehtimallıdır:

“Ona görə S.Sərkisyanın BMT Baş Assambleyasındakı çıxışı Ermənistanın daxilinə və diaspor ermənilərinə hesablanmış addım idi: S.Sərkisyan hakimiyyətdən gedir, ona öz cibini doldurmaq lazımdır. Dünya Bankı, Beynəlxalq Valyuta fondu və digər strukturlar yeni kreditlər vermir. Yeni kreditlər verilsəydi, S.Sərkisyan əvvəlki qaydada korrupsiya vasitəsilə kreditlərdən müəyyən qədər vəsait cibinə qoya bilərdi. Ona görə diasporu çağırdı və guya yeni Ermənistan qurur, Ermənistan güclənir, Ermənistanın prezidenti BMT BA-nın tribunasından çıxış edir və bu adla da diasporda bir-iki emosional şəxsdən müəyyən qədər yəqin ki, pul götürəcək”.

Ermənistanın getdikcə zəiflədiyini deyən politoloq bildirib ki, bu zəifləmədə erməni elitasının qeyri-adekvat davranışı təsirli rol oynayır:

“Ermənistanın zəifləməsinin ən bariz nümunələrindən biri bu günlərdə Ermənistanın müstəqilliyinin qeyd olunması ətrafında baş verənlərdir; Əhalinin Ermənistanın müstəqilliyinə marağı azalıb. Əvvəllər də əhali yoxsul idi, amma gələcək perspektivə inandığı üçün müstəqilliklə bağlı tədbirlərdə iştirak edirdi. İndi artıq gələcəyə inamı qalmayıb.

Ermənistanın müstəqilliyinin beynəlxalq aləmdə də dəyəri yoxdur. Beynəlxalq aləmdən Ermənistanın müstəqilliyi ilə bağlı gələn reaksiyalar əvvəlki illə müqayisədə qat-qat zəif idi. S.Sərkisyanın 9 illik prezidentliyinin nəticəsi budur. S.Sərkisyan erməni xalqının arzuladığı prezident olmadı. Erməni xalqı çoxdan S.Sərkisyandan məyus olub. 2008-ci ilin mart qırğınları S.Sərkisyanın seçki yolu ilə hakimiyyətə gəlmədiyini göstərdi”.

“R. Köçəryan hakimiyyəti S.Sərkisyana verməsinin səbəbini öz dili ilə izah etdi; Mən ailəmi yalnız S.Sərkisyana etibar edə bilərəm. R.Köçəryanın dediyindən başa düşülür ki, S.Sərkisyan  R.Köçəryanın ailəsinin mühafizəçisi imiş. Orta əsrlərdə Ermənistanın da daxil olduğu Azərbaycan coğrafiyasında xanların hakimiyyətini mehtərlərə ötürməsi halları da olub.

Ermənistan özü böyük qüsurlardan  ibarət olduğu halda erməni siyasilərinin Azərbaycanda nöqsan axtarması elementar əxlaq və məntiqdən uzaqdır”.

1news.az

Paylaş:
613

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər