“Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” sərgisi açılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” sərgisi açılacaq

15:50 - 25 / 09 / 2017
“Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” sərgisi açılacaq

Misir Milli Kitabxanasının və Arxivlərinin müdiri dr.Əhməd Seyyid Muhəmməd Şövki F.Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olacaq.

1news.az xəbər verir ki, sentyabrın 26-da kitabxana ilə tanışlıqdan sonra saat “Azərkitab” kitab mərkəzində “Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisinin təqdimatı keçiriləcək.

Sərgi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsidir.

Təqdimatdan sonra isə qonaq dr.Əhməd Seyyid Muhəmməd Şövki balaca rəssamlara və iştirakçı qonaqlara qədim Misir nağılları xüsusi ilə “Ələddin və sehrli köynək” haqqında məlumat verəcək.

“İslam Həmrəyliyi ili” çərçivəsində keçiriləcək tədbirin əsas məqsədi uşaqlarımızı gələcəyimiz naminə düzgün maarifləndirmək, uşaqların dünya ədəbiyyatına, folkloruna, nağıllarına və mütaliəyə olan maraqlarını artırmaq, antik mədəniyyətlərin beşiyi, sivilizasiyanın mərkəzi hesab edilən qədim tarixə, ədəbiyyata, incəsənətə, elmə sahib olan fərqli bir mədəniyyətlə tanış etmək, ecazkar Misir nağıllarını oxuyan və bu nağıllara illustrasiyalar çəkən azyaşlı oxucularımıza dəyər vermək və qiymətləndirməkdir.

Tədbirdə bir çox qonaqların, uşaq şair və yazıçıların və s. qonaqların iştirakı nəzərdə tutulur.

P.Sultanova

 

 

 

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər