Mərkəzi Klinik Xəstəxanada ilk dəfə unikal əməliyyat həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzi Klinik Xəstəxanada ilk dəfə unikal əməliyyat həyata keçirilib

16:50 - 25 / 09 / 2017
Mərkəzi Klinik Xəstəxanada ilk dəfə unikal əməliyyat həyata keçirilib

Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və onun rəhbərlik etdiyi həkimlər briqadası unikal əməliyyat həyata keçiriblər. Ağciyər damarlarının endarterektomiyası adlanan həmin əməliyyat ölkəmizdə ilk dəfə icra edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, həyat üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan əməliyyatın mahiyyəti barədə məlumat verən Kamran Musayevin bildirdiyinə görə, həmin diaqnoz qoyulan xəstələr indiyədək dərmanla müalicə edilir və xəstələrin çox böyük əksəriyyəti həyatını itirirdi.

Baş həkim deyir: "Xəstə 27 yaşlı yeni ana olmuş qadın idi. Hamiləlik zamanı baldır şişkinliyi ilə əlaqədar həkimə müraciət edib və ona baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicə aparılıb. Doğuşdan sonra isə qadında təngnəfəslik başlayanda ona "Ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. Aparılan 3-4 aylıq müalicə səmərəsiz olub və xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Biz onu müayinə edəndən sonra "xroniki tromboembolik ağciyər hipertenziyası" diaqnozu qoyduq".

Cərrah yeganə müalicə yolunun xəstənin qan dövranının tam dayandırılmaqla cərrahi müdaxilə olduğunu bildirib: "Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları "Ağciyər arteriyasının tromboendarterektomiyası" adlanan əməliyyatda xüsusi cərrahi alətlərdən istifadə edərək təmizlədik. Həmin əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18 dərəcə C-yə qədər soyudulur. Ona görə əməliyyatı çox sürətlə və qısa zamanda aparmaq tələb olunur. 20 dəqiqə ərzində əməliyyatı başa çatdırmaq məcburiyyətində idik, əks halda xəstənin həyati orqanlarına ciddi zərər dəyə bilərdi. Əməliyyatın həmin kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq. Əməliyyatdan 1 həftə sonra isə xəstə tam sağalaraq evə göndərildi".

Tibb elmləri doktoru Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyə etdi: "Xüsusilə hamilələr, artıq çəkisi olanlar, müəyyən qan xəstəliyi olan xəstələr risk qrupundadır. Ağciyər damarlarında tromb yaranan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Həmin xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər həmin diaqnozu mütləq nəzərə almalıdırlar. Artıq respublikamızda da icra olunan həmin əməliyyat zərurət olan bütün xəstələrə məsləhət görülməlidir".

Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.

S.Xankişiyeva

Paylaş:
591

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:452 valyuta mübadilə məntəqəsinin vəzifəli şəxsləri cərimələnib23 / 09 / 2024, 17:43Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB23 / 09 / 2024, 17:37ADY-nin stansiyalarında və qatarlarda “Wi-Fi” olacaq23 / 09 / 2024, 17:33Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb23 / 09 / 2024, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏR23 / 09 / 2024, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı23 / 09 / 2024, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTO23 / 09 / 2024, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub23 / 09 / 2024, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 223 / 09 / 2024, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB23 / 09 / 2024, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ23 / 09 / 2024, 16:10
Bütün xəbərlər