Heroin satan Şirvan sakinləri iş başında tutuldular
Narkotik maddə satan şəxs iş başında saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Şirvan şəhər sakinləri Fuad Əsgərov və əvvəllər məhkum olunmuş Valeh Feyziyev 140 qram heroini Gəncə şəhəri ərazisində satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən tutulublar.
Babək Cahandarov
1235