Zaqatalada meşədə baş verən yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada meşədə baş verən yanğın söndürülüb

12:32 - 25 / 09 / 2017
Zaqatalada meşədə baş verən yanğın söndürülüb

Zaqatala rayonu ərazisindəki meşəlik ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, sentyabrın 24-də saat 18:10  radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın sentyabrın 25-də səhər saat 06:45 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

“Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır”- deyə, nazirlikdən bildiriblər.

Babək Cahandarov 

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər