Bakıda və rayonlarda yağış yağacaq, duman olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və rayonlarda yağış yağacaq, duman olacaq

13:01 - 25 / 09 / 2017
Bakıda və rayonlarda yağış yağacaq, duman olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 22-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 26-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və arabir güclənən mülayim xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər