Azərbaycanın dini liderlərinin Aİ-yə səfərləri başlayıb
Yüksək səviyyəli Azərbaycan dini liderlərinin nümayəndə heyətinin Avropa Ittifaqında səfərləri başlayıb.
1news.az xəbər verir ki, iki gün davam edəcək intensiv proqram çərçivəsində onlar Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli Aİ rəsmiləri həmçinin müxtəlif dini icmaların üzvləri ilə görüşəcəklər və NATO-da olacaqlar.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi səfər Azərbaycan və Avropa İttifaqı qurumlarının və NATO-nun yaxşı birgə əməkdaşlığının nəticəsidir.
P.Sultanova
711