Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib

17:22 - 26 / 09 / 2017
Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu A.Xəlilov bildirib ki, işçilərin kütləvi şəkildə işdən çıxarılması barədə rəhbərlik tərəfindən hər hansı qərar qəbul edilməyib.

Onun sözlərinə görə, kimsə işdən getmək istəyirsə, öz işidir: “Heç kimin iradəsinə qarşı çıxmaq olmaz. İşdən getmək istəyi ilə mənə cəmi 3 nəfər müraciət edib. Hələlik mən onların adlarını açıqlamaq istəmirəm”.

Qeyd edək ki, bu gün Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

Onun yerinə A.Xəlilov təyin olunub.

S.Xankişiyeva

Paylaş:
912

Son xəbərlər

Bütün xəbərlər