Sabirabadda törədilmiş qətlin üstü açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda törədilmiş qətlin üstü açılıb

11:40 - 26 / 09 / 2017
Sabirabadda törədilmiş qətlin üstü açılıb

Sabirabadda törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu il martın 9-da Sabirabad rayonunun Kovlar kəndində Şahnisə Muradovanın yaşadığı evdə ölməsi ilə əlaqədar Baş Cinayət Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qadının əri Xanbala Cəfərov tərəfindən boğularaq qətlə yetirildiyi müəyyən edilib.  

Görülmüş tədbirlərlə X.Cəfərov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

1news.az

Paylaş:
689

Son xəbərlər

Bütün xəbərlər