ATV-nin vitse-prezidenti vəzifəsinə təyinat olub | 1news.az | Xəbərlər
Cəmiyyət

ATV-nin vitse-prezidenti vəzifəsinə təyinat olub

16:25 - 27 / 09 / 2017
ATV-nin vitse-prezidenti vəzifəsinə təyinat olub

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A.Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub.

S.Xankişiyeva

Paylaş:
1072

Son xəbərlər

Bütün xəbərlər