“Qarabağ” minimal hesabla “Roma”ya məğlub oldu – FOTO – VİDEO
Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” növbəti avrokubok matçına çıxıb.
1news.az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin II turunda İtaliyanın “Roma” klubunu qonaq edib.
Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanı 70 minə yaxın azarkeş canlı izləyib.
Oyuna gəlincə, qonaqlar Manolasla 7-ci dəqiqədə erkən qol vuraraq hesabda irəli çıxıblar. Bundan 8 dəqiqə sonra bosniyalı Edin Dzeko fərqi iki topa çatdırıb.
Bundan sonra bir qədər fəallaşan komandamız Pedro Enrikenin qolu ilə hesab arasındakı fərqi azaldıb.
İkinci hissədə başqa qol olmayıb və görüş “Roma”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
C qrupu
27 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 1:2
Qollar: Pedro Enrike, 28 - Manolas, 7, Dzeko, 15
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)
Bakı Olimpiya Stadionu
1. |
Roma |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
2. |
Çelsi |
1 |
1 |
0 |
0 |
6-0 |
3 |
3. |
Atletiko |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
4. |
Qarabağ |
2 |
0 |
0 |
2 |
1-8 |
0 |