Sentyabrın 29-da Lütfi Zadə ilə vida mərasimi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sentyabrın 29-da Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

11:53 - 27 / 09 / 2017
Sentyabrın 29-da Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib.

Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

S.Xankişiyeva

 

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər