Xızıda 226 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 226 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb – FOTO

14:46 - 28 / 09 / 2017
Xızıda 226 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 27-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 226 ədəd partlamamış hərbi sursat (PHS), 65 ədəd partlamış-yanmış mərmi qalıqları və 987 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 439 000 kv.m (43.90 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 32 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 36 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 10 621 ədəd partlamamış hərbi sursat (PHS), 4 365 ədəd partlamış-yanmış sursat qalıqları və 19 208 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 40 055 088 kv.m (4 006 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Babək Cahandarov

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər