Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları barəsində cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları barəsində cinayət işi açılıb

18:21 - 28 / 09 / 2017
Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları barəsində cinayət işi açılıb

Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları barəsində cinayət işi açılıb.

Bu barədə 1news.az-a Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

“Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”- deyə, Baş Prokurorluqdan bildiriblər.

Mövzu ilə bağlı:

“Türklərin” Qarabağda sülh axtarışı və rəsmi Ankaranın susqunluğu – ANALİZ

Babək Cahandarov

Paylaş:
1095

Son xəbərlər

Bütün xəbərlər