Çaylarda sululuq artıb, qarın hündürlüyü 11 santimetrə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda sululuq artıb, qarın hündürlüyü 11 santimetrə çatıb

10:51 - 28 / 09 / 2017
Çaylarda sululuq artıb, qarın hündürlüyü 11 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 27-si gündüzdən ayın 28-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.

Babək Cahandarov

 

Paylaş:
731

Son xəbərlər

Bütün xəbərlər