Bakıda 8 yaşdan yuxarı 1000-dək uşaq fərdi təhsilə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 8 yaşdan yuxarı 1000-dək uşaq fərdi təhsilə cəlb olunub

12:26 - 28 / 09 / 2017
Bakıda 8 yaşdan yuxarı 1000-dək uşaq fərdi təhsilə cəlb olunub

“8 yaşdan yuxarı uşaqlar fərdi təhsilə cəlb olunur. Belə uşaqların sayı təxminən 1000 nəfərə yaxındır”. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, müxtəlif səbəblərə görə təhsildən yayınan uşaqlar var: “Bu uşaqların təhsilə cəlb olunmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi özü də maraqlıdır. Yaşı ötmüş olsa belə valideynlər idarəyə müraciət etdikdə biz o uşaqların təhsilə cəlb olunması istiqamətində lazımı dəstəyi göstəririk”.

BŞTİ-nin müdiri uşaqların təhsildən yayınmasına ailə zəminində baş verən problemlərin, uşaqların sağlamlığında yaranan xəstəliklərin səbəb olduğunu qeyd edib.

Babək Cahandarov

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər