Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərinin sakinləri "Forsaj şou" sirk proqramını izləyiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərinin sakinləri "Forsaj şou" sirk proqramını izləyiblər

15:14 - 30 / 09 / 2017
Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərinin sakinləri "Forsaj şou" sirk proqramını izləyiblər

Heydər Əliyev Fondunun dəstəyi ilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar həftə sonunu maraqlı istirahət proqramında keçiriblər.

1news.az-a xəbər verir ki, Bakının Nizami, Suraxanı və Xətai rayonlarındakı 1,2,3 saylı uşaq evlərinin sakinləri, Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 saylı xüsusi internat məktəbinin, Mərdəkan qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi orta internat məktəbinin, Sabunçu rayonundakı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı xüsusi internat məktəbinin sagirdləri və daun sindromlu uşaqlar “İntersirk”in təqdimatında “Forsaj şou” beynəlxalq sirk proqramını izləyiblər.

Sentyabrın 29-dan etibarən Heydər Əliyev adına İdman və Konsert Kompleksində təqdim olunan “Forsaj şou” beynəlxalq sirk proqramında Azərbaycan, Rusiya, Ukrayna, Belarus, İtaliya, Venesuela, Kolumbiya və Çilidən olan tanınmş sirk ustalarının maraqlı çıxışları yer alıb.

Uşaq evinin 400-dən çox sakinləri motokaskadyorların ekstremal motosikl şoularını, “Sürücü ayılar” attraksionunu, “Cəsarət çəmbəri”, “Havada uçuş” nomrələrini, “Süvari” atlı-akrobat qrupunun çıxışlarını böyük maraqla izləyiblər.

Nüfuzlu sirk festivallarının qaliblərinin həyəcan dolu nömrələri, dünyanın məşhur klounlarından biri, Monte-Karlo festivalında “Qızıl kloun” mükafatına layiq görülmüş Devid Lariblenin çıxışı uşaqlarda gözəl təəssürat yaradıb.

1news.az

Paylaş:
684

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:04Qızılın bahalaşması davam edirBu gün, 10:48AZAL Təl-Əviv və əks istiqamətdə reysləri dayandırıbBu gün, 10:44Bakıda polisdən qaçmağa cəhd edən şübhəlilər saxlanılıb, yaralı varBu gün, 10:33QDF Şuşa şəhərinə konsert royalının hədiyyə edilməsi ilə bağlı “Qarabağ gecəsi” konsertini keçirib - FOTOBu gün, 10:21DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:14İtaliyanın müdafiə naziri Azərbaycana səfər edibBu gün, 10:11Yağış yağıb, 29 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 09:59AZAL COP29 tədbiri zamanı aviareysləri təxirə salacaq? - CAVABBu gün, 09:41Şamaxıda cibgirlikdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:35Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:24Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:12Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesinin hazırkı vəziyyətindən danışıbBu gün, 09:11Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıbBu gün, 09:10Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edibBu gün, 09:01Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunubBu gün, 09:00Bakının sıxlıq müşahidə olunan yolları açıqlandıBu gün, 08:58İcma: “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar23 / 09 / 2024, 19:31Bu şəxslər Milli Məclisdə komitə sədrlərinə müavin seçildi - SİYAHI23 / 09 / 2024, 17:52Milli Məclisin komitə sədrləri seçildi - ADLAR23 / 09 / 2024, 17:45
Bütün xəbərlər