Həmsədrlər bu həftə regiona səfərə gəlir
Birləşmiş Ştatların ATƏT-in Minsk qrupundakı yeni həmsədri Andrü Şofer bu həftə Yerevan və Bakıya səfər edəcək və yerdə vəziyyət ilə tanışdıq məqsədilə rəsmilər ilə görüşlər keçirəcək.
Bu barədə 1news.az-a AVBŞ-ın Azərbaycandakı səfirliyindən məlumata verilib.
Məlumata görə, bölgədə olduğu zaman Şofer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək:
"Dağlıq Qarabağ münaqişəsini danışıq yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflər ilə fəal şəkildə işləyəcək. ABŞ-ın Minsk qrupundakı həmsədri Şofer Birləşmiş Ştatların uzunmüddətli və Minsk qrupunun həmsədrləri tərəfindən təkan verilən mövqeyi dəstəkləyir.
Bu mövqeyə əsasən ədalətli həll yolu Helsinki Son Aktının və gücün və ya güç təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqaddaratını müəyyənləşdirmə prinsiplərini daxil edən beynəlxalq qanun əsasında qərarlaşmalıdır”, deyə açıqlamada vurğulanıb.
P.Sultanova